"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin “Mədəniyyət” kanalına yeni rəhbər təyin edilib.
OLAY yazır ki, sözügedən kanala Əməkdar incəsənət xadimi, tanınmış rejissor Ülviyyə Könül rəhbərlik edəcək. Bu haqda QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, sədr Rövşən Məmmədov bununla bağlı əmr imzalayıb.
Qeyd edək ki, bundan əvvəl telekanala Əməkdar artist Ramil Qasımov rəhbərlik edib. Bu təyinata kimi Ülviyyə Könül 2019-cu ilin oktyabrından "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin baş rejissoru vəzifəsində çalışıb.