TV proqram
TV proqram

“Pulun varsa, seviləcəksən”

“Pulun varsa, seviləcəksən”

“Sevən mənim kimi olar. Dördüncü sinifdən sevdim, sonra da evləndim. Bu gün də xoşbəxt yaşayıram. Özü də o vaxt mən cavan uşaq idim, nə olacağım bilinmirdi. Bəlkə fəhlə olacaqdım”.

OLAY yazır ki, bu sözləri “Qonağım ol” proqramında müğənni Manaf Ağayev deyib. Sevgidən danışan sənətçi xanımı ilə münasibətindən də söz açıb:

“Biz o sevgini qoruyub saxladıq, ona sadiq oldum. İnsan pul görəndə çaşır, məndə isə bu olmadı. Bu gün sevgi pul üstə qurulub. Pulun varsa, seviləcəksən”.