“Survivor All Star”ın son bölümü sosial şəbəkələrdə müzakirə yaradıb.
OLAY yazır ki, keçmiş sevgili olan iştirakçılar-Nisa Bölükbaşı və Barış Murat Yağcı növbəti dəfə mübahisə edib.
Belə ki, Barış uduzan könüllülər komandasıdnakı qızlara təsəlli verərkən Nisa “Qadınları döyən şəxs qızlar ağladığı üçün şou göstərri” sözlərini səsləndirib.
Bunun ardınca Acun Ilıcalı ada konseyində Nisadan Barışın onu vurub-vurmadığını soruşub.
Nisa isə “Əl qaldırdığı olub. Hətta qapını üzərimə kilidləyib gedib”, -deyə cavab verib.
Barış bu ittihamları qəbul etməyib.
“Elə danışır ki, mənim onu döydüyüm düşünülür. O zatən 24 saatın 16-nı ağlayırdı, qalanında isə yatırdı”,- deyə Barış vurğulayıb. O özünü müdafiə edərək Nisanın üzr istəməli olduğunu söyləyib.