Müğənni Zenfira İbrahimova “1 dəqiqə” proqramında qonaq olarkən mərhum anası haqda danışıb.
OLAY yazır ki, o, peşmanlıqlarının olduğunu söyləyib.
“Gecələr yatmıram, bəzən nələrisə düşünürəm. O incinir, yuxuma girir. Anamı bir saniyəlik görmək üçün dünyanın mal-mülkündən, canımdan, övladlarımdan belə keçərəm. Çox peşmanlıqlarım var. Deyirəm, kaş bu sözü deməzdim, onu başqa cür yaşadardım. O, xəstəxanaya yerləşdiriləndə mən başqa ölkədə idim. Bu gün də düşünürəm ki, kaş onun yanında olardım, getməzdim. Üç gün əvvəl vəziyyətini, halını bilərdim. İndi də mən bununla barışmıram”, - deyə ifaçı vurğulayıb.