Müğənni Manaf Ağayev bir daha verilişə çıxmayacağı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
OLAY yazır ki, bu barədə o, “Səhər mərkəzi” proqramında danışıb.
İfaçı deyib ki, artıq çıxacağı verilişlər arasında seçim edəcək:
“Çoxu çağırır, mahnı oxutdurmurlar, danışdırırlar. Sonra açıqlamandan bir başlıq çıxardırlar. Ona görə ixtisara salacam. Nəyə lazımdır ki? Hər gün efirə çıxmaq da bir şey deyil. Müəyyən verilişlərdə qonaq olmaq, bəs edir”.