Bosniya və Hersoqovinanın dövlət kanalı olan BHRT bağlanır.
OLAY yazır ki, bu barədə televiziyanın özü məlumat yayıb. Qeyd olunub ki, kanal ticari bank hesablarının bloklanmasından sonra bağlanacaq.
BHRT idarə heyəti televiziyanın gələcəyini xilas etmək üçün hökümətdən dəstək istəyib.
Avrupa Yayım Birliyinin üzvü olan kanal hazırda borclarını ödəmədiyi üçün xidmətlərdən yararlana bilmir.