Avropa Yayım Birliyi (EBU) Rusiyanın bir neçə kanalının üzvülüyünü dayandırdığını açıqlayıb.
OLAY yazır ki, bu barədə qurumdan rəsmi açıqlama verilib. Bildirilib ki, sözügedən ölkənin üç kanalı RTR, Birinci Kanal və RDO EBU-dan ayrılıb.
“Ukraynada davam edən hadisələr fonunda Avropa Yayım Birliyi üç Rusiya kanalının nümayəndələrinin İdarə Heyəti və bütün Hüquq Komitələri də daxil olmaqla, idarəetmə qruplarında fəaliyyətlərini dayandırmaq qərarına gəlib. Bu qərar ötən həftə Rusiyanın Avroviziya-2022 mahnı müsabiqəsindən diskvalifikasiyası ilə bağlı qərardan sonra verilib.
İdarə Heyəti bu addımı atarkən 3 üzvün fevralın 26-da AYB-dən çıxmaq niyyəti ilə bağlı yaydığı press-relizləri nəzərə alıb. Üzvlər bizə ayrılmaq niyyətlərini şifahi olaraq təsdiq etdilər və biz onların rəsmi təsdiqini gözləyirik. Dayandırma İdarə Heyətinin yeni iclası keçirilənə qədər qüvvədə olacaq”,- deyə qurumdan bildirilib.