Aparıcı və müğənni Seren Serengil Acun Ilıcılalı haqda açıqlamalar verib.
OLAY yazır ki, o, “Söylemezsem olmaz” proqramında Acunun keçmiş xanımı, iki qızının anası Zeynep Yılmazla yenidən barışacağını söyləyib. Bu zaman Z. Yılmaz Serenə mesaj yazaraq bu haqda danışmamasını deyib.
“Sən bunları deyirsən. Elə biləcəklər ki, mənim sifarişimlə danışırsan”,- deyə Zeynep vurğulayıb.
Qeyd edək ki, Z. Yılmaza Acun Şeyma Subaşı ilə xəyanət etmişdi. Onların iki qız övladı var. Acun isə hazırda Çağla Altunkaya ilə sevgilidir.