Müğənni Gülşen “Söylemezsem olmaz” proqramını məhkəməyə verib.
OLAY yazır ki, qərara əsasən verilişdə artıq ifaçı haqda danışmaq mümkün olmayacaq. Müğənninin yazdığı ərizədə onunla bağlı xoşagəlməz ifadələr səsləndirən Bircan Bali, Seren Serengil və Arto ( Harutyan Dalga) var.
Bu üç sima Gülşendən danışsa, həbs olunacaqlar.
Qeyd edək ki, daha əvvəl Gülben Ergen də bu yola üz tutmuşdu. O, S. Serengili məhkəməyə vermişdi. Qərara baxmayaraq Ergen haqda danışan Seren həbs olunmuşdu.