Aparıcı Zaur Kamal həmkarı Xoşqədəm Hidayətqızını təkrarlayıb.
OLAY yazır ki, o, Hidayətqızının bir müddət əvvəl trend olan fikirlərini səsləndirib.
Belə ki, o, verilişində qonaq olan yazıçı Fatimə Vəfanın ona “Zaur” deyə müraciət etməsinə irad bildirib.
Aparıcı Fatiməyə “Zaur yox, Zaur bəy” deyərək cavab verib.
Qeyd edək ki, X. Hidayətqızı öz proqramında ona “Xoşqədəm” deyə səslənən vətəndaşa qəzəblənib, “Xoşqədəm yox, Xoşqədəm xanım” sözlərini demişdi.