Olay
Olay

Nazilə Fatimə və Nadiri sərt tənqid etdi

Nazilə Fatimə və Nadiri sərt tənqid etdi

Tanınmış şairə Nazilə Səfərli müğənni Nadir Qafarzadə və rəqqasə Fatimə Fətəliyeva barışığını tənqid edib. 

OLAY yazır ki, o, instaqramda status yazaraq iki məşhurun küsüb, daha sonra qəfildən münasibətlərini normallaşdırmasına irad bildirib. 

Nazilə ad çəkməsə də, sözü Nadir və Fatiməyə atıb:

“Bir-birinə ən pis sözlər deyir, sonra da öpüşüb-qucaqlaşırlar. Ay balam, bu məktəbin diplomunu kim imzalayır? Nə bilim, Vallah! Yəqin düz düşünmürəm. Şou səhnədə olur. Səhnə bitdi, normal insan kimi şousuz yaşa da. Niyə xalqın uşağını pozğun adlandırıb, sonra da qonaq çağırırsan, ay adam? Mənə dil uzadanın qapısına qonaq getsəm, onda nə deyibsə, haqq edib”.

N. Səfəri daha sonra sözügedən postu silib.

Qeyd edək ki, Fatimə və Nadir arasında bir müddət əvvəl qalmaqal yaşanıb. Daha sonra Nadir “Həmin Zaur” proqramında qonaq olarkən Fatiməni oğlunun toyuna çağırmayacağını söyləyib.

Lakin bu açıqlamasının ardınca Fətəliyevaya dəvətnamə göndərib.