Müğənni Aysel Əlizadə açıqlaması ilə diqqət çəkib.
OLAY yazır ki, RTV-də yayımlanan “Çərçivədən kənar” verilişində qonaq olan sənətçi maraqlı fikirlər səsləndirib:
“Özümü çox sorğu-saul edirəm. Beynim dayanmır, yuxuda da nəyisə müzakirə edir, nəsə görürəm. Həmişə özümü soruğulayıram, gecə yatanda özünlə baş-başa qalırsan, vicdanınla yatırsan. Bəzən deyəndəki, mən xoşbəxt deyiləm. Sonra vicdanımla baş-başa qalanda şükranlıqla yatıram. Xoşbəxtlik sadəcə qarşındakı ailə... Mənim ailəmin varlığı, xoşbəxtliyi olduğu müddətdə niyə bədbəxt olmalıyam?”.