TV proqram
TV proqram

“Evdə uşağımı zəhərləyən düşmənim ola bilər”

“Evdə uşağımı zəhərləyən düşmənim ola bilər”

Müğənni Zamiq Hüseynov açıqlaması ilə diqqət çəkib.

OLAY yazır ki, Zamiq “Afaqla 10lar” verilişində qonaq olan sənətçi bayağı mahnıları sərt tənqid edib:

“Azərbaycan dilində oxuyuramsa, o demək deyil ki, Azərbaycan musiqisi ifa edirəm. Götürüb özləri düzəldir, söz yazırlar... Elə ifa edirlər ki, bu da Azərbaycan yolu deyil. Yutubda baxışlar da o deyil. Nə qədər pul buraxırlar ki, hit olsun. Hərdən maşınla gedəndə görürəm yandakı avtomobildən elə mahnı səsi gəlir. Pəncərəni açıb deyirəm ki, özünü zəhərlədin, yanındakı uşağa yazığın gəlsin. Evdə uşağımı zəhərləyən düşmənim ola bilər. Kim bunu edir, deməli bizdən deyil. Uşağımıza hörmət etmir, bizi sevmir. Yaxşı yanaşsa onları zəhərləməz. Nə qədər təhsil alsalar da, bu cür musiqilərlə uşaqlarımızn gələcəyini qura bilməyəcəyik. Diqqətli olun, uşaqlarımıza qarşı bunu etməyək. Xahiş edirəm, qulaqlarımızı korlamayın”.