“Yazırlar ki, Elza oğlu ilə küsülüdür. Bu illər əvvəl olub, artıq ailəmdə hər şey qaydasındadır”.
OLAY yazır ki, bu sözləri “Xəbər-ətər” proqramında Əməkdar artist Elza Seyidcahan söyləyib. O, haqqında yayılan xəbərlərdən gileylənib.
“Bəzən də deyirlər ki, Elza Seyidcahanı döydülər. Məni kim döyə bilər? Xeyr işlərə, toylara gedəndə yanımda prodüserim olur. Əvvəllər ya bacım oğlu, ya öz oğlum, ya da kürəkənimlə gedirdim. Nə vaxtsa cangüdənim olmayıb. Hətta mənə yazırlar ki, sizin təmənnasız cangüdəniniz olmaq istəyirik”.
Sənətçi onu ailə üzvləri ilə problem yaşamaqda qınayanlar haqda da danışıb:
“Onlar məni günhalandırmaqdansa, gedib bacımın, övladımın qapısını döyüb, kömək etsinlər. Bacılarım məndən istedadlıdırlar, bir neçə dil bilirlər. Bizim aramızda ciddi narazılıq yoxdur. Deyirlər, el-elə sığar, amma ev-evə yox. Onun da ailəsi böyüyür, ayrı yaşayır. Oğlum da ailəsi ilə qalır, evi yoxdur. Qızımın evi olmadığı üçün mənimlə yaşayır. Mən nə bacımın, nə də övladımın evinə qarışıram. Bacımın evinə gedib soyuducunu açmaram. Amma mən onlara bu icazəni vermişəm”.