TV proqram
TV proqram

Səbinə adından dələduzluq edən şəxsi ifşa etdi

Səbinə adından dələduzluq edən şəxsi ifşa etdi

Əməkdar artist Səbinə Babayeva dələduzluqla üzləşdiyini açıqlayıb. 

OLAY yazır ki, bu haqda sənətçi qonaq olduğu “Afaqla 10lar” verilişində danışıb.

S.Babayeva üzləşdiyi xoşaqəlməz hadisəni belə nəql edib:  

“Bu şəxs bu günə kimi də şou-biznesdə çalışır. O ulduzlarımızı aldadır. Pulnan bağlı problemlər olur. O zamanlar o adamın belə xasiyyətdə olduğunu bilməmişəm. “TRT Avaz” kanalında çıxışımla əlaqədar onu özümlə Ankaraya aparmışdım. Həmin şəxs adımdan restoranların biri ilə mənim solo konsertimi danışıb. Hətta beh də alıb və o pulu özünə götürüb. Konsert gününə 3 gün qalmış restorandan zəng edib dedilər ki, sizin xəbəriniz var ki, 3 gündən sonra burada konsert verəcəksiniz, biz filankəsə bu qədər pul vermişik. Təbii ki, mən çox təəccübləndim. Bundan əlbətdə xəbərim yox idi”.