Aparıcı Leyla Quliyeva anası ilə fotosunu paylaşıb.
OLAY yazır ki, sənətçi doğum günü olan anası Raziyə Sultanovanı bu sözlərlə təbrik edib:
“Mənə bu dünyanı sevdirənimsən! Hərdən övladlarıma paxıllığım tutur ki, onların sənin kimi nənəsi var. İstəyirəm nəvələrimə də paxıllığım tutsun ki, sən onlarla daha çox vaxt keçirirsən. Ömrünün yeni baharı mübarək, həyatımın ən adamı!”.
Qeyd edək ki, sənətçinin anası 64 yaşını qeyd edir.