TV proqram
TV proqram

Faciəvi şəkildə itirdiyi anası və nənəsindən danışdı

Faciəvi şəkildə itirdiyi anası və nənəsindən danışdı

Müğənni İlkin Fuad faciəvi şəkildə itirdiyi anası Sevda xanım və nənəsi Südabə xanımdan söz açıb.

OLAY yazır ki, bu haqda sənətçi qonaq olduğu “Qonaqcanlı” verilişində danışıb.

İlkin baş verən dəhşətli hadisəni belə nəql edib:

“Ötən il anamı İstanbula istirahətə göndərmişdim. Zəng vurdum dedim ki, “Ana səni təbrik edirəm, nənə oldun”. Bu xəbərə o çox sevindi. Mən 35 yaşımda ailə qurdum. O hər zaman mənə deyirdi ki, oğlum məndə nəvə görmək istəyirəm, evlən. Çox çəkmədi... Cəmi il yarım... Mənasız ölüm... Həqiqətən də... Nənəmin təzyiqi vardı. Anam gedib ki, onun təzyiqini ölçsün. Bilmirəm nənəmi görəndə anam şok keçirib yoxsa qazın iyindən gedib... Çünki oraya gələndə qaz və su bağlı idi... Heç bəlkə də anam o evə getməzdi”.

Qeyd edək ki, fevralın 25-i saat 23 radələrində 1938-ci il təvəllüdlü Südabə Səməd qızı İsmayılova və qızı 1962-ci il təvəllüdlü Sevda Həsrət qızı Əhmədova yaşadıqları Buzovna qəsəbəsindəki evin hamam otağında dəm qazından zəhərlənib. Onlar hadisə yerində ölüb. Vəfat edən S. Əhmədova müğənni İlkin Fuadın anası, 87 yaşlı Südabə İsmayılova isə onun nənəsidir.