“Hazırda görünüşümdən çox xoşbəxtəm. Bilsəydim ki, arıqlamaq məni bu qədər xoşbəxt edir çoxdan arıqlayaradım. Əsas əldə etdiyim bu görünüşü saxlamaqdır. Çətin də elə budur”.
OLAY yazır ki, bu sözləri Xatun Əliyeva qonaq olduğu “Xəzər axşamı” verilişində deyib.
Pəhriz saxlayaraq əldə etdiyi nəticədən razı olduğunu deyən sənətçi bildirib ki, bundan artıq arıqlamaq istəmir:
“Hazırda çəkim 55 kiloqramdır. Düşünürəm ki, bundan sonra arıqlamaq lazım deyil. Artıq dayanmaq lazımdır. Əsas odur ki, kökəlməyim. Yeməyimə diqqət edirəm. Dostlarımla haradasa oturanda onlar şirniyyat mən isə pəhriz yeməyimi yeyirəm. Mən hər gün mütləq şəkildə bir saat dəniz kənarında gəzirəm”.