TV proqram
TV proqram

“Əgər kimsə tərbiyəli fikirləşmirsə, tərbiyəsiz onun özüdür”

“Əgər kimsə tərbiyəli fikirləşmirsə, tərbiyəsiz onun özüdür”

Əməkdar artist Elza Seyidcahanla qalmaqalı yaşadığı müğənni Elçin Cəfərovla barışdığını açıqlayıb.

OLAY yazır ki, bu haqda sənətçi qonaq olduğu “Afaqla 10”lar verilişində danışıb.

Elza bildirib ki, barışıq addımı Elçindən gəlib:

“Bu yaxınlarda Elçin Cəfərov yazdığım şeiri başa düşməmişdi. Bəstəkar Tərlan Məmmədhüseynovun səs yazma studiyasında üz-üzə gəldik. Elçin gəldi məni öpdü. Sağolsun o məni böyük kimi gördü və mənə dedi ki, məni qınamayın amma yazdığınız şeiri başa düşmürəm. Ona Məhəmməd Füzulidən, Nizami Gəncəvidən, Nəsimidən, Əlyağa Vahidin şeirlərindən bir neçə misra dedim, təhlil etdim. Amma o sonda dedi ki, mən yenə başa düşmədim. Təkcə mənim deyil, adını sadaladığım şairlərin də şeirlərini başa düşmədi. Buna görə də Elçindən incimədim. Ona dedim ki, sən mənə şər və böhtan atıb deyə bilmərsən ki, Elza tərbiyəli yazmır. O sözü sən mənə deyə bilmərsən. Heç kim mənə deyə bilməz. Kim əgər tərbiyəli fikirləşmirsə tərbiyəsiz onun özüdür. Yazdığım şeirləri “bəyənmirəm” deyə bilmərsiniz, “başa düşmürəm” deyə bilərsiniz””.

Qeyd edək ki, Elçin bir müddət əvvəl verilişlərin birində Əməkdar artistin şeirləri haqqında “Açıq deyəcəyəm bu abırlı bir şey deyil. Bu ayıb bir şeydir” açıqlamasını verib. Bundan sonra onlar arasında mübahisə yaşanıb.