Əməkdar artist Elza Seyidcahan bir müddət əvvəl qalmaqal yaşadığı “Bu şəhərdə” estrada teatrının üzvü, Əməkdar artist Rafael İsgəndərovla münasibətlərindən söz açıb.
OLAY yazır ki, bu haqda sənətçi qonaq olduğu “Afaqla 10lar” verilişində danışıb.
“Bizim aramızda söz-söhbət olmuşdu. Amma Rafael mənə zəng etdi. Görün o necə ədəbli və əsil kişidir ki, ona jurnalistlər zəng vurub mənimlə bağlı ona suallar verəndə o heç kimə cavab verməyib. Onun səs yazısı da məndə hələ də durur. Rafael dedi ki, Elza mənə jurnalistlər zəng vurub söyləyirlər ki, Elza Seyidcahan sizin haqqınızda bu cür fikirlər səsləndirib. Mən dedim ki, Elzanın çox sevirəm. Rafael əgər toyda aparıcı olsa o toyu tərk etmərəm”, - deyə Elza vurğulayıb.
Qeyd edək ki, “Bu şəhərdə”nin üzvləri Rafael İsgəndərov və Coşqun Rəhimovun tamaşaların birində Elzanı parodiya etməsi qarşı tərəfin xoşuna gəlməyib. Bundan sonra aktyor və müğənni arasında qalmaqal yaşanıb.