TV proqram
TV proqram

“Kimisə təhqir etmək haqqını sizə kim verib?”

“Kimisə təhqir etmək haqqını sizə kim verib?”

Əməkdar artist Sevda Ələkbərzadə sosial şəbəkədə təhqir yazanları sərt şəkildə qınayıb.

OLAY yazır ki, bu haqda sənətçi qonaq olduğu “Söhbət var” verilişində danışıb.

Sözügedən məsələ ilə bağlı Ələkbərzadə fikirlərini belə nəql edib:

“Hər şərh yazan insanların mədəniyyəti, təhsili, dünyagörüşü var? Mədəniyyəti olan insan heç vaxt təhqir yazmaz. Kiməsə bunu yazırsansa, əvvəl özünü təhqir etmiş olursan. Bu, ayıbdır. Ümumiyyətlə kiminsə qəlbini qırmağa nə haqqın var? Kim sizə bu haqqı verib ki, kiminsə qəlbini qır, haqqına gir. Bəs bu, günah deyil?”