Əməkdar artist Gövhər Rzayeva “Kişi evə pul gətirirsə, nə etsə ona olar” fikirlərinə aydınlıq gətirib.
OLAY yazır ki, bu haqda qarmon ustadı qonaq olduğu “Günaydın, Azərbaycan!” verilişində danışıb.
Rzayeva bildirib ki, ailədə söz-söhbət hər zaman maddiyyat üstündə olur:
“İnsan övladı hər zaman naşükür olur. İsti olanda istidən, soyuq olanda isə soyuqdan şikayətlənir. Ac qarnına məhəbbət olmur. Ailədə söz-söhbət maddiyyat üstündə olur. Başqasında görür deyir ki, məndə niyə yoxdur. Bu sənin bəxtinə, taleyinə çıxan insandır. Naşükürlük etmək olmaz, çünki Allah onu alar əlindən, o zaman deyərsən ki, Allah sənə qurban olum. Kişi evdə padşah, qadın isə vəzirdir. Qadın, vəzir evi idarə edir”.