Türkiyəli sənətçilər-Mustafa Keser və Bülent Ersoy arasındakı qalmaqal səngimək bilmir.
OLAY yazır ki, B.Ərsoy həmkarını məhkəməyə verib. O, M. Keserden 1 türk lirəsi mənəvi təzminat tələb edib. Müğənni ərizəsində M.Keserin onu təhqir etdiyini bildirib.
B.Ərsoyun vəkili qarşı tərəfin haqsız açıqlamalarından sonra müvəkkilinin travma aldığını, cəmiyyətdə etibarının sarsıldığını söyləyib.
Xatırladaq ki, cütlüyün aparıcılıq etdiyi "Benzemez kimse sana" proqramı iki bölüm sonra ekrana vida edib.
Bunun ardınca M.Keser YouTube kanalında bir video yayımlayıb. O, B.Ersoyun ünvanına “Səni Diva deyil, divan edərlər” ifadələrini səsləndirib, həmçinin verilişin tərəf müqabilinin kaprizlərinə görə bitdiyini söyləyib.
B.Ərsoy isə həmkarının yalan danışdığını, bunu sübut etmək üçün şahidlərinin olduğunu deyib. Sənətçi “Kaprizli deyiləm, maksimalistəm”,-deyə qeyd edib.