Olay
Olay

Ayrılmadıqlarını belə sübut etdilər

Ayrılmadıqlarını belə sübut etdilər

Əslən Azərbaycandan olan Türkiyənin məşhur aktrisası Nəsrin Cavadzadə və Gökhan Alkan ayrılıq iddialarına bir daha yalanlayıb. 

OLAY yazır ki, G. Alkan rəsmi instaqram platformasında sevgilisi ilə foto paylaşaraq Nəsrinlə bir arada olduğunu sübut edib.  Aktyor posta“1.1” şərhini yazıb. 

Qeyd edək ki, Nəsrinlə Gökhan dəfələrlə KİV-ə açıqlama verərək ayrılıq xəbərlərini təkzib ediblər.  Lakin Türkiyə mediası onların münasibətlərinə son qoyduğunu hələ də iddia edir.  

Xatırladaq ki, ötən gün Nəsrinlə Gökhanın gələn ilin yayında ailə quracağı xəbəri yayılıb.