TV proqram
TV proqram

“Qaraçuxurdakı evimizi imkansızlıqdan satmalı olduq” - Namiq

“Qaraçuxurdakı evimizi imkansızlıqdan satmalı olduq” - Namiq

Meyxanaçı Namiq Qaraçuxurlu illər əvvəl yaşadığı Qaraçuxur qəsəbəsində yerləşən evlərindən söz açıb.

OLAY yazır ki, bu haqda sənətçi qonaq olduğu “Xəzər axşamı” verilişində danışıb. 

Namiq bildirib ki, həmin mənzili imkansızlıqdan satıblar:

“Ağ maşının sol tərəfindəki 1-ci mərtəbədə olan ev bizim idi. Mən orada böyümüşəm. Doğulduğum ev isə bir az qarşı tərəfdədir. O isə həyət evi idi. Sonra buradakı mənzilə köçmüşdük. O evi imkansızlıqdan satdıq. Həyət aldıq, oranı da tikə bilmədik. Ümumiyyətlə Qaraçuxurda çox yerdə qalmışam. İnanın ki, mən ora gedib çıxa bilmirəm”.