“İstəyirdim üzümdə plastik əməliyyat etdirim. Bununla əlaqədar həkimə getdim. Allah onlardan razı olsun. Həkimlər söylədilər ki, qətiyyən əməliyyat etdirmə. Sənin üzgərmə əməliyyatı etdirməyinə ehtiyac yoxdur”.
OLAY yazır ki, bu sözləri müğənni İradə İbrahimova “Qonaqcanlı” verilişində deyib.
Əməliyyat etdirmək istəsə də həkimlərin etirazı ilə qarşılaşan sənətçi bildirib ki, üzünə müxtəlif baxım prosedurları edir:
“Üzdə əməliyyat keçirəndən sonra mimik cizgilər yoxa çıxır. Əvvəlki kimi olmur. Çalışıram ki, üzümə kiçik toxunuşlar yəni baxımlar edim. Kökəlib, arıqlayanda üzün altındakı yağlar yerlərini dəyişdirir. Məndə bunu yaşadım. Ana olmağa hazırlaşanda 50 kiloqram çəki almışdım, kökəlmişdim”.
İbrahimova formada qalmaq üçün tərəvəz yediyini açıqlayıb:
“Bakıya gələndən brokoli, gül kələmi, hamısını suda qaynadıb, üstünə sirkə, limon suyunu sıxıb, duzunu töküb yeyirəm. Bunlarla özümü tox saxlamağa çalışıram”.