TV proqram
TV proqram

“Bayağı musiqilər kanallarda ayaq açıb yeriyir”

“Bayağı musiqilər kanallarda ayaq açıb yeriyir”

“Bu gün bir axın var. Bayağı musiqilər kanallarda ayaq açıb yeriyir. Sosial şəbəkə çıxandan sonra daha da yayıldı. Sosial şəbəkədə, toyxanada kim nə istəyir oxusun. Heç kimin yaradıcılığına, ifasına qarışmıram. Amma efirə gələndə keyfiyyətli musiqi oxusun”.

OLAY yazır ki, bu sözləri Xalq artisti Mənsum İbrahimov qonaq olduğu “Söhbət var” verilişində deyib.

Xanəndə efir vasitəsi ilə aparıcılardan efirdə bayağı deyil keyfiyyətli musiqi səslənməsini istəyib:

“Aparıcıların tələbi olsun ki, bəstəkar mahnısı, keyfiyyətli musiqi oxu. Başa düşürəm, özəl kanaldır, komersiya məsələsi var. Toya gedirsən dolanmağa. Gəlib kimsə onu məcbur edir, keyfiyyətsiz musiqi oxuyur. Toyda içki olur, kimsə istəyir. Amma efirdə yox”.

M.İbrahimov yalnız elit toylara getdiyini açıqlayıb:

“Biz də toya gedirik, amma az. Sənətimizə hörmət olan yerə. Elit toylara gedirik, açılışında 20 dəqiqə çıxış edirik. Sırf öz mahnılarımızı oxuyuruq. Hətta toyu olan gənclər siyahı yazır ki, bunu oxuyun. Gözəl mahnılar istəyirlər, ona da oynayırlar”.