Olay
Olay

“Eyibsiz görünməyə çalışan insanlardan qorxuram”

“Eyibsiz görünməyə çalışan insanlardan qorxuram”

“Qonşuların evinə dava salmıram. Gecelər kimisə narahat etmirəm. Mənim ən böyük eyibim eyibsizliyimdir. Sən mənim eyiblərimi evdəkilərdən soruş. Soruşsan deyəcəklər ki, Lalə evdə bizim qanımızı içir. Qapının ağzından başlayır – ayaqqabını evin kəndarında çıxart, ayaqqabı ilə evə girmək olmaz, küçədən evə gələn kimi əlləri yumaq lazımdır, çöl geyimi ilə evdə oturmaq olmaz”.

OLAY yazır ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova qonaq olduğu “Afaqla 10lar” verilişində deyib.

Sənətçi bildirib ki, eyibsiz görünməyə çalışan insanlardan qorxur:

 “Eyibsiz görünən insanlardan qorxuram. Eyibsiz görünməyə çalışan insanların arxasında çox böyük şeylər var. Çalışmayın ideal görünməyə… Mənim özümü biraz çox tərifləyəndə sıxılıram. Mənimdə çatışmayan cəhətlərim var. İdeal ola bilmərəm”.