Tanınmış aktrisa Zarina Qurbanova incəsənət üzvü ilə tanış olduğunu, lakin münasibətlərinin sevgiyə çevrilmədən bitdiyini açıqlayıb.
OLAY yazır ki, sənətçi bu barədə MTV-də yayımlanan “10-da görüşək” proqramında danışıb. O, aparıcı Samir Bayramlının “şou sahəsinin üzvü ilə sevgili olmusunuz”- sualına cavab verib.
Qurbanova aparıcının ona konkret bir nəfərlə bağlı sual verdiyini, sözügedən şəxslə eşqinin başlamadan bitdiyini qeyd edib:
“Düşünürdüm ki, məni ancaq incəsənət insanı başa düşə bilər. Birini tanıyandan sonra başa düşürsən ki, sənlik deyil. Başlamadan bitdi. Bir müddət lazımdır ki, insanı tanıyasan. Sonra görürsən ki, ruh əkizin deyil”.
Əldə etdiyimiz məlumata görə, Zarinanın söz açdığı sözügedən şəxs müğənni Nicat Məhərrəmovdur. Onlar bir müddət əvvəl tanış olub, daha sonra münasibətlərinə nöqtə qoyub.