“Məndən çox zəif oxuyanlar var ki, öndədirlər. Söhbət səsdən getmir. İnsanın müsbət enerjisi, səhnədə görünüşü yaxşı olmalıdır. Demirəm ki, kimsə gözəl, yaxud çirkindir. Ən azından səhnə insanı xarici görünüşündəki problemlərə əl gəzdirməlidir”.
OLAY yazır ki, bu sözləri müğənni İlhamə Qasımova “10-da görüşək” proqramına qonaq olarkən deyib.
Sənətçi şou-biznesdə parıldamağın sirrlərindən danışıb:
“Xaricdə dəb düşüb, hər kəs deyir ki, kompleksim yoxdur, özümə inanıram. 100 kilo çəki ilə çimərlik geyimində foto çəkdirir. Xeyr, bu özünə inam deyil. İnsanın gərək şansı olsun”.