“Mən yarıçılpaq qadın görəndə psixologiyam pozulur”.
OLAY yazır ki, bu sözləri kulturoloq, yazıçı Aydın Xan Əbilov ekspert qismində iştirak etdiyi “Elgizlə izlə” verilişində deyib.
Əbilov proqramda qadınların açıq-saçıq geyinməsinə etirazını bu fikirlərlə ifadə edib:
“Qadağalar onun üçün qoyulub ki, oğlan və qızların psixologiyaları pozulmasın. Hamam paltarında supermarketə getmək nə dərəcədə düzgündür? Kim soyunmaq istəyirsə gecə klublarına getsin. Gedin orada soyunun. İnsan var ki, bunu istəyir, nə edək? Bizim qanunvericiliyimizdə açıq-saçıq geyinməklə bağlı qadağa yoxdur. Əxlaq məsələləri var. Biz kimisə buna görə cərimələyə və həbs edə bilmərik”.
Onun bu çıxışı isə verilişdə iştirak edən digər məşhur qonaqlar tərəfindən birmənalı və xoş qarşılanmayıb.