TV proqram
TV proqram

“Çaşıblar!” - Almazdan dəbdəbəli doğum günü keçirən həmkarlarına

“Çaşıblar!” - Almazdan dəbdəbəli doğum günü keçirən həmkarlarına

“Bizim ruhumuz, ürəyimiz dəbdəbəlidir. Biz heç zaman göstəriş üçün yaşamamışıq. Bizim içimizdən, ruhumuzdan təmizlik, səmimiyyət gəlir. Bir insanın milyonu, gözəl villası, tacı, taxtı olsun ondan mənə və kimə nə...”

OLAY yazır ki, bu sözləri Əməkdar artist Almaz Orucova qonaq olduğu “Günaydın, Azərbaycan!” verilişində deyib.

Sənətçi həmkarlarının keçirtdikləri dəbdəbəli doğum günü məclislərindən söz açıb:

“Kiçik bir evim var. Ora daxil oluram və rahatlıq tapıram. Onu da görünüş üçün etmirəm. Huzurumu və rahatlığımı özüm tapım. Nənələrimizdən, babalarımızdan görmüşük ki, ağac bar verdikcə başını aşağa bükər. Amma indiki insanlar çox çaşıblar. Bar verməyənlə daha çox başını qaldırır. Bu kimi xüsusiyyətlər bizdən çox uzaqdır. Milyonumuz olsa da belə biz başımızı qaldırmarıq. Pul deyil, enerjini biz veririk”.