“Oğlum Osmanın anası (aktrisa Oksana Rəsulova – red.) zəng vurub deyir ki, Şəhriyar, Osman deyir ki, gəlsin, məni aparsın “play station” oynamağa. Cavab verirəm, baş üstdə”.
OLAY yazır ki, bu sözləri aparıcı, aktyor və müğənni Şəhriyar Əbilov qonaq olduğu “Xəzər axşamı” verilişində deyib.
Oğlu Osmandan söz açan sənətçi övladının anası, keçmiş həyat yoldaşı Oksana Rəsulovanın “ata-oğul” münasibətlərinə dəyər verdiyini bildirib:
“Osmanın 6 yaşı var. Sağ olsun ki, anası “ata-oğul” münasibətinin nə qədər vacib olduğu çox gözəl başa düşür. Hər şeyin öz yeri var. Oğlum zəng vurur deyir ki, anam mənə söyləyir ki, bəs sən icazə vermirsən internetdə oyun oynayım. Şükür Allaha ki, hər şeyin yeri qorunur. Osman bizdən heç zaman neqativ görmür”.