“Vasif Məhərrəmlinin bütün Rusiyadakı balalarını Azərbaycana gətirmək mənə borc olsun”.
OLAY yazır ki, bu sözləri Əməkdar journalist Xoşqədəm Hidayətqızı aparıcısı olduğu “Günaydın, Azərbaycan!” verilişində deyib.
Buna səbəb isə Əməkdar artist Vasif Məhərrəmlinin söylədiyi “Xoşqədəmin bişirdiyi dolma qazanda yağın içində üzürdü. Mən də yalandan dedim ki, dolma əladır, çünki biz efirdə idik” sözləri olub.
Bundan sonra Xoşqədəm Vasiflə bağlı bu sözləri dilə gətirib:
“Vasiflə daha əvvəl müqavilə bağlamışdım. Sənin haqqında mənə gələn “Rusiyada uşaqları var” xəbərini efirə çıxarmayacağam. Bu gün Vasifin dediyi “Mənim dolmam qazanda yağın içində üzürdü” sözlərindən sonra müqaviləni pozuram, ən qısa zamanda Anya ilə “Səni axtarıram” verilişində görüşərsən. Vasif bilmir kimə ilişib. Bilmir… Nə deyirəm ki, sonra buna görə mənə zəng edərsən”.
Məhərrəmli isə gülərək ironiya ilə “Qızım və oğlum sevinəcək ki, onların Rusiyadan bacı və qardaşı gələcək” deyib.
Müğənnin bu fikirlərinə cavab olaraq Hidayətqızı “İnandırım sizi ki, Vasif Anyanın burnunu görən kimi zəng edəcək və məni gecə yatmağa qoymayacaq”.
Vasif “Mən bu kimi şeylərdən qorxmuram. Mənə görə də narahat olmayın” bildirib.
Xoşqədəm isə “Heç kimin sözünü dinləməyəcəm. Arxayın danışanda bilin ki, nəsə var” sözlərini ifadə edib.
İkilinin yarızarafat-yarıciddi bu dialoqu sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.