TV proqram
TV proqram

Vüsalə həmkarlarını sərt tənqid etdi

Vüsalə həmkarlarını sərt tənqid etdi

Aparıcı Vüsalə Kərimova bəzi həmkarlarına irad bildirib.

OLAY yazır ki, bu barədə o, “10-da görüşək” proqramında danışıb. Vüsalə deyib ki, o və yaşıdlarından sonra aparıcı yetişməyib:

“Aparıcılardan danışsam, yer yerindən oynayar. Bizim həmyaşıdlarımızdan sonra təəssüf ki, aparıcı yetişmədi. Televiziyaya gələnlərin hamısı aparıcı olmaq istəyir. Başqa işlə məşğul olmaq istəmirlər. Öz yaşıdım olan həmkarlarımın verilişlərini izləyirəm. Onların intelektindən, danışığından zövq alıram. Digərləri danışanda mənə elə gəlir ki, ingilis dilində düşünür, ruscaya tərcümə edir, sonra azərbaycan dilində efirə verirlər. Çünki  cümlənin nə başı, nə də ayağı olur. Əksəriyyəti də sualı özü verib, özü cavablandırır. Qonağa da təsdiqləmək, “hə”, ya da “yox” demək qalır”.