TV proqram
TV proqram

Ozan azərbaycanlı ilə dava etdi

Ozan azərbaycanlı ilə dava etdi

“Eşkiya dünyaya hükümdar olmaz” serialının ulduzu Ozan Akbaba və azərbaycanlı sosial şəbəkə istifadəçisi arasında qalmaqal yaşanıb.  

OLAY yazır ki, buna səbəb izləyicinin aktyor Elşən Orucovun Ozanla bağlı paylaşımına şərh yazması olub. Belə ki, abunəçi aktyora “Bir çox azərbaycanlının sevimlisidir. Amma nədənsə Azərbaycanda olduğunu demir və bu haqda danışmır”,- rəyini yazıb.   

Ozan həmin şərhdən narahat olaraq sözügedən şəxsə cavab verib. 

“Niyə sosial media hesabından Azərbaycana aid heç nə paylaşmır deyən, söyən sənin kimi çox insan var. Azərbaycana aid heç nə mənim üçün göstəriş üçün deyil və ona görə paylaşım etmirəm. Gəlirəm, dostlarımı görürəm, gedirəm. Sənin və sənin kimilər üçün də problem yoxdursa, öz sosial media hesablarımdan paylaşımlarıma davam etməyimə icazə verirsən?! 

Səndən icazə ala bilsəm, xoşbəxtəm. Bir də on sual işarəsi qoymusan. Demək ki, mənim bilmədiyim, amma sənin bildiyin bir şey var. Sən mənim yerimə cavabla, səncə, niyə paylaşım etmirəm?!”,- deyə serial ulduzu bildirib.