TV proqram
TV proqram

Zümrüd qəzadan danışıb ağladı

Zümrüd qəzadan danışıb ağladı

Aparıcı Zümrüd Bədəlova efirdə göz yaşı töküb.

OLAY yazır ki, Zümrüd “Gün ortası” filmində təyyarə qəzasından və həlak olan ekipaj üzvlərindən danışarkən ağlayıb:

““Hər şey yaxşı olacaq” həmişə ümid cümləsidir. Amma artıq o cümləyə heç də ümidverici kimi baxmayacağam. Ən böyük arzusu anasının da dilə gətirdiyi kimi, ailəsinin onunla fəxr etməsi idi. İndi ruhu şad olsun, çünki tək ailəsi yox, bütün Azərbaycan onunla fəxr edir. Höküməyə səma mələyi adını verdik. Onun son təskinliyi, çağırışı idi. Kaş hər şey dediyi kimi yaxşı olardı. Təsirli tərəfi də odur ki... Harasa uçanda, uçuş edəndə bir balaca hava boşluğuna düşəndə insan nə vəziyyətə düşür. İki gündür özümüzü onlaırn yerinə qoyaraq yaşayırıq. Adicə hava boşluğunda qorxudan, həyəcandan ölürsən. O anları yaşamaq necə bir şeydir. Nə qədər danışsaq, təsəlli versək, mümkün deyil. Bizim iki cəsur, qəhrəman pilotumuz, Hökümə... Onlar nəinki insan həyatını xilas etdilər, bizim mülki aviasiyamızın nüfuzunu xilas etdilər. Bütün dünya bizdən, pilotlarımızın qəhrəmanlığından danışır. Çünki elə bir qəzada o qədər insanın sağ qalması, qeyri-mümkündür. Dünyanın hər yerindən bizə gələn başsağlığından da əlavə hamının dediyi bir şey var, deyirlər, o pilotlara afərin. Necə ki, son anda özlərini ələ alıb, idarəni ələ alıb, insanların həyatını xilas etməyi bacardılar”.