Əməkdar artist Ədalət Şükürov Azərbaycanda TikTok istifadəçilərindən narahatdır.
OLAY yazır ki, bu barədə sənətçi “MTV Xəbər”ə açıqlamasında bildirib.
Şükürov platformada əxlaqsızlığı təbliğ edənləri qınayıb:
“TikTok-da 100 min izləyicim var. Çox lazımlı bir sosial şəbəkədir. Buna baxmayaraq, əksəriyyəti başqa cür istifadə edir. Əxlaqsızlıq, mədəniyyətsizlik və tərbiyəsizlik var. Bunların mənə aidiyyatı yoxdur. Biz sadəcə çıxışlarımızı paylaşırıq. Başqa blogerlər isə oradan pul qazanır”.