Son zamanların maraqla izlənilən “Maske, kimsin sen?” yarışma proqramı ilə bağlı final xəbərləri yayılıb.
OLAY yazır ki, verilişin bir həftə sonra erkən final edəcəyi söylənilib.
Fox TV və “Medyapım” açıqlama verməsə də, sosial şəbəkələrdə bu mözvu müzakirə yaradıb. Əksər izləyici proqramın final etməsini istəmədiyini yazıb.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sözügedən layihə ilə bağlı sənəd imzalamışdı. Bundan başqa müsabiqənin satanizm və paqanizmi təbliğ etdiyi iddia edilmiş, sosial şəbəkələrdə kampaniya aparılmışdı.
Proqram barədə Türkiyənin Radio və Televiziya Şurası - RTÜK açıqlama yayaraq yoxlama başladığını bildirmişdi.
“Maske, kimsin sen?”in aparıcısı Tansel Öngel, münsifləri isə Eda Ece, Melis Sezen, Alican Yücesoy və Doğu Demirkoldur.