Aparıcı Lalə Əlimuxtarova fikirləri ilə diqqət çəkib.
OLAY yazır ki, “Nigar xanım” verilişində qonaq olan Lalə qızlarına verdiyu tərbiyədən danışıb:
“Məsələn, televiziyada, yaxud da küçədə qısa geyinən görəndə, qızımın yanında qəsdən “ayıb olsun” deyirəm. İndi on yaşı var. Arada ona qısa nəsə alanda geyinmir. Mən abır-həyamı gözləyirəm. Toylar da idarə edirəm, ziyafət geyimi, dekolte geyinirəm, amma heç bir yerim açıq qalmamaq şərti ilə... İnsan birinci özü hörmət qoymalıdır”.