Əməkdar artist Rafael İskəndərov estetik əməliyyatlardan danışıb.
OLAY yazır ki, aktyor “Şən gənc” layihəsində bununla bağlı açıqlamalar verib. O bildirib ki, təbii qocalmaq daha yaxşıdır:
“Burun, dodaq, indi də çənə uzatması çıxıb. Məndə belə bir sual var. Bu, neçə yaşa qədər davam edəcək? Bədəndə iki hissə var ki, onları heç vaxt düzəltmək olmur. Biri əllərin üstü, digər də boğazın altı. Burada ola bilsin ki, çətin olur. Xaricdə çox yüksək məbləğə başa gəlir. Bunlar Ajda Pekkan olmaq istəyirlər? Bir dəfə şəkil paylaşmışdılar, Ajda Pekkanla sinif yoldaşını... Təbii qocalmaqdan gözəl nə var ki?”.