Tanınmış türk aparıcı İsmail Küçükkayaya ağır itki üz verib.
OLAY yazır ki, jurnalistin anası Halise Küçükkaya faciəvi şəkildə ölüb.
Belə ki, o, Antalyada dənizdə boğulub. H. Küçükkaya tətil üçün yollandığı otelin çimərliyində infarkt keçirərək suya yıxılıb.
Hadisə yerinə xilasedicilər cəlb olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.