Türkiyənin teatr aktrisası Demet Ersoy faciəvi şəkildə ölüb.
OLAY yazır ki, Ersoy iş üçün Bodruma yollanıb. Belə ki, onun təmir səbəbilə bağlı olan hoteldə iclası olub.
Bildirilib ki, aktrisa ikimərtəbəli binadan yerə yıxılıb. Hadisə yerinə təcili tibbi yardım göndərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Məsələ ilə bağlı araşdırma başladılıb.
Qeyd edək ki, prodüserliklə də məşğul olan sənətçinin 48 yaşı var idi.