“Xanımımla ikimiz bir yerdə intihara cəhd etdik”.
OLAY yazır ki, bu sözləri “Onun sirri” proqramında müğənni Cavad Rəcəbov deyib. O, bunu ailələrinin evlənməklərinə icazə vermədikləri üçün etmək istədiklərini söyləyib:
“1975-ci ildə dostumla bir ailəyə qonaq getdik. Qonaqlıq qurtardı mən xanımımı gördüm, vuruldum. Ailəsi çox varlı idi. Mən isə toylarda nağara çalan, oxuyan idim. Dostumdan telefon nömrəisini götürdüm, zəng etdim, danışmağa başladıq. Ailəsi bizim danışmağımızdan xəbər tutdu, dedilər ki, sən kimsən, biz hara sən hara. Mən də bunları qıza deyirdim, o isə söyləyirdi ki fikir vermə. İş yavaş-yavaş böyüdü. Hədələnirdim. Hətta məni döydürdülər də, başıma çox müsibətlər gəldi. Xanımım da mən də sözümüzün üstə qaldıq. Dedik ki, nə olursa olsun ayrılmayacağıq, onda özümüzü öldürək. Gününü belə təyin etdik. Kimsə onlara xəbər çatdırdı ki, intihar edəcəklər. Qoymadılar, dedilər etməyin, görək nə edirik. Mən də televiziyaya, efirlərə çıxdım onlar da razılığa gəldilər. Biz 6 il sonra ailə qurduq”.