ARB TV-nin “O Üz” verilişinin növbəti buraxılışı müğənni Şəfa Hüseynovaya həsr edilib.
OLAY yazır ki, proqramda qonaq olan sənətçinin bibisi Səkinə Süleymanova mərhumdan danışaraq ağlayıb:
“3 gün yanında qaldım. Bir tərəfi hərəkətsiz idi, başından zərbə almışdı. Həkimlər çox çalışdı, amma mümkün olmadı. 3 gündən sonra dedilər ki, Şəfa getdi. Böyük qardaşı Zöhrab keçən il rəhmətə getdi. Durduğu yerdə ürəyi yatdı. Ailə dağıldı, parçalandı. Atası dərdə dözmədi, tez rəhmətə getdi. Kaş mən ölərdim, o, yaşayardı”.