Əməkdar artist Coşqun Rəhimov evlilik məsələləri ilə bağlı danışıb.
OLAY yazır ki, “Şən Gənc” proqramında ailə qurmağa hazırlaşan gənclərdən söz açan sənətçi bunları deyib:
“Çox vaxt dəstəyi cəmiyyət olaraq ələ öyrəşdirmək səviyyəsinə çatdırırıq. Onda da həmin gənclərimiz inkişaf etməyi bacarmırlar, özlərinə inanmırlar, öz ayaqlarının üstündə durmurlar, onlarda şəxsiyyət formalaşmır. Dəstəyi elə etmək lazımdır ki, özünə arxayın olsun. Addımı o atır, o evlənir. Evliliyə hazır olmaq lazımdır. “Atam-anam istədi, yaşım ötdü” mövzuları olmamalıdır”.