Xalq artisti Nazpəri Dostəliyeva ünvanına yazılan tənqidi şərhlərdən danışıb.
OLAY yazır ki, bu barədə sənətçi “Günaydın Azərbaycan” proqramında açıqlama verib. Dostəliyeva deyib ki, həmin rəylərin qərəzli olduğunu düşünür:
“Ümumiyyətlə bir sənətkarı bütün Azərbaycan sevir desək, yalan olar. Mən qərəzli yazıları görmürəm. Siz deyirsiniz, indi eşidirəm. Xoşbəxtliyim odur ki, xalqımız məni sevir. Bu sevgi mənə yetər”.