Türkiyəli aktyorlar Hande Erçel və Burak Deniz yenidən eyni layihədə yer alıblar.
OLAY yazır ki, onlar “Çarkıfelek” yarışmasının Ramazan bayramı üçün çəkilmiş özəl bölümündə qonaq olublar.
Verilişin aparıcısı aktyorların ən son tərəf müqabili olduqları “Bambaşka biri” serialında da rol alan Cem Davrandır. Proqrama həmçinin “Kardeşlerim” serialının ulduzu Celil Nalçakan da qatılıb.