Xalq artisti Niyaməddin Musayevin “Dünya sənin, dünya mənim” ifası ilə məşhurlaşan “Dərviş band” qrupu keçmiş üzvlərindən danışıb.
OLAY yazır ki, onlar “Xəzər axşamı” verilişində qrupdan ayrılan Nərmin Behbudova və Fərid Məmmədovun instaqramda onları bloka atdığını dilə gətirib.
Belə ki, “Dərviş band” ötən günlərdə qəbiristanlığın yanında konsert vermələri ilə yenidən gündəmə gəlmiş, Nərmin və Fərid həmin konsertdə olmamaları ilə bağlı səhifələrində açıqlama yaymışdılar.
Aparıcı Mətanət Əliverdiyeva sözügedən paylaşımdan bəhs edərkən, “Dərviş band” blokda olduqlarına görə videonu görmədiklərini deyib.