Ana olmağa hazırlaşan aparıcı Çinarə Əliyeva qızına qoyacağı adı açıqlayıb.
OLAY yazır ki, o, övladına Aida adını verəcəyini deyib. Bu barədə Əliyeva “Günaylı gün” verilişində danışıb:
“Yavaş-yavaş otağını da hazırlayırıq. Anamın adını qoyacam. Aida. Anamın mənim həyatımda, bütün bu karyeramda çox böyük əziyyəti, dəstəyi olub. Onun məsləhətiylə, Ruslanın məsləhətiylə belə qərar verdik”.
Çinarənin həyat yoldaşı Ruslan Rəsul uşaqlarına kimin ad qoyacağıyla bağlı öncədən danışdıqlarını söyləyib:
“Demişdim ki, əgər oğlan olsa, adını mən qoyacam. Qız olsa, kimin adını istəsən qoya bilərsən”.